Bu gün qürur və iftixarla qeyd edirik ki, qisas qiyamətə qalmadı - ÖZƏL
27 Fevral 2023 11:26 Siyasət"Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Xocalı faciəsini törədən canilər layiqli cəzalarını alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu gün qürur və iftixarla qeyd edirik ki, qisas qiyamətə qalmadı: "44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Müzəffər ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Heç şübhəsiz, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların, faciənin sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə də nail olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31