Şimali Kiprli qonaqlar Azərbaycanda - ÖZƏL

Olaylar.az xəbər verir ki, 27 fevral tarixində Bakıda Abşeron Marriot oteldə KKTC tarixin yeni mərhələsində: "türk dilli dövlətlərə inteqrasiya fonunda təhsil və turizm imkanları ilə tanışlıq" adlı tədbir keçirilib. Tədbirdə Şimali Kiprdən gələn müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər iştirak edib. Açılışı əməkdar jurnalist Mətanət Ağamirli edib. O, çıxışında Şimali Kiprin Türk dünyasına inteqrasiyası və bunun çox önəmli hadisə olmasından danışıb. Ardınca qardş Türkiyədə 6 fevralda baş verən "Əsrin fəlakəti"-nin qurbanları 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Şimali Kiprə aid olan 10 dəqiqəlik videoçarx təqdim edilib.  Tədbir Kiprdən gələn qonaqların çıxışı ilə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31