İsrail Təhlükəsizlik Akademiyası: "Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir

Xocalı soyqırımı nəinki əsrin soyqırımıchr("39") hətta bəşər sivilizasiyasının ən qanlı və qorxunc insan qətliamlarındandır. Xocalı soyqırımı mahiyyətcə misli bərabəri olmayan kütləvi terror və hərbi cinayətdir.

"OLAYLAR" xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin açıqlamasında yer alıb. Açıqlamada daha sonra qeyd edilir:

"1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmişchr("39") əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmişchr("39") qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmişchr("39") insanları tankların altında əzmişlər. Bununla da erməni silahlı qüvvələri Azərbaycanlılara qarşı tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər".


İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi Azərbaycan xalqına başsağlığı verirchr("39") erməni cinayətlərini və vəhşiliyini şiddətlə pisləyir:

"Xocalı soyqırımı qurbanlarını hörmət ehtiramla anırıq. Hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu ifadə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31