Azərbaycan nümayəndə heyəti İsraildə səfərdədir

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində dövlət torpaqlarının idarə olunması, həmçinin kənd təsərrüfatı sahələri üzrə danışıqlar aparılacaq. Eyni zamanda, ölkələr arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31