TBMM sədri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
26 Fevral 2023 20:08 SiyasətTürkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:
"31 il əvvəl Xocalıda şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmətlə yad edir, kədər və sevinc içində əbədi bir yerdə olduğumuz Azərbaycana bir daha başsağlığı verirəm.
Rəsmi olaraq beynəlxalq cinayət kimi tanınan bu soyqırımı heç vaxt unutmayacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31