Xocalı soyqırımı qurbanlarının qisası alınıb - İsa Həbibbəyli
26 Fevral 2023 11:28 SiyasətXocalı soyqırımı qurbanlarının qisası alınıb.
Olaylar.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yumruğu ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib: "Böyük Qayıdışla Qarabağı yenidən qurularaq özünün sülhsevər siyasətini və siyasi varlığını bir daha sübut etmiş olur. Azərbaycan sülhsevər, ədalətli ölkədir. Xalqımız inanır ki, ölkə başçısının rəhbərliyi ilə Zəngəzur və Laçın dəhlizi açılacaq, bölgəyə sülh və əmin-amanlıq gələcək".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31