Türkiyəyə dəstək, yoxsa özünüreklam?
15 Fevral 2023 15:40 Siyasət"Səfirliklərin rəsmi protokol qaydaları var. Türkiyə dövlətinə, qardaş türk xalqına həmrəyliyi bildirmək üçün müxtəlif yollar var. Mən işlədiyim kollektiv Türk şəhidlərinin məzarını ziyarət etdi və gül dəstəsi qoydu və beləliklə Türkiyədə həlak olan qardaş və bacılarımıza rəhmət dilədik, həmrəyliyimizi belə nümayiş etdirdik. Bir çox təşkilatlar səfrliyin önünə əklil və ya gül dəstələri qoydu, insanlarımız da həmçinin. Oyuncaq aparanlar oldu, sadəcə gəlib kədərini ifadə edənlər oldu və s." "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib: "Mənim qənaətimə görə Ölkə Prezidenti, Baş Nazir, Milli Məclis sədri, Xarici İşlər Nazirinın səfirliyə gedib rəsmi olaraq baş sağlığı verməsi kifayət idi. Bəlkə də daha bir neçə təsisat rəhbərinin. Hərə bir dəstə düzəldib onsuz da kifayət qədər qayğıları olan səfiri və səfirlik əməkdaşlarını məşğul etməsi düz deyil. Bəzi hallarda isə özünüreklama oxşayır. Ən yaxşısı səfrliyin qarşısına gedib kədər ifadə etməkdir. Hər halda bu mənim subyektiv fikirlərimdi".