Hayların dövləti heç vaxt olmayıb

"Azərbaycan Milli Məclisinin spikeri Sahibə xanım Qafarovayla görüşdə  Rusiya Dövlət Dumasının  sədri Vyaçeslav Volodinin Ermənistanın bir ölkə olaraq xəritədən silinə bilinəcəyini eyhamsız, açıq şəkildə dilə gətirməsi Kremlin Paşinyanla komandasının hərəkətlərindən narazılığının dərəcəsini və ondan qaynaqlanın hədənin getdikcə daha ciddi xarakter aldığını ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, burada hayların dövlətlərini yox, məhz ölkələrini itirə biləcəklərinin xəbərdarlığı var ki, o da tam təbiidir: "Çünki kim də olmasa, rusiyadakılar yaxşı bilirlər ki, hayların dövləti heç vaxt olmayıb, indi də yoxdur. Əslində bu forpost heç ölkə də sayılmır, Ermənistan adlanan nəsnə Azərbaycan torpağında yerləşdirilən hay diasporudur. Volodinin bu sözləri məhz Türkmənçay anlaşmasının  195-ci ildönümündən cəmisi 3 gün keçmiş səsləndirməsi də  fikirmcə, təsadüfi deyil, elə ona eyhamdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31