Prezident İlham Əliyev əmək pensiyaları haqqında qanuna dəyişikliyi imzalayıb
23 Yanvar 2023 19:32 SiyasətPrezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından yalnız son üç il üçün tutulur. İndiyə qədər isə artıq ödənilən bütün məbləğ geri tutulurdu.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31