Laçın yolundakı aksiyada ekofəallar arasında canlanma müşahidə olunur - FOTO

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən ekoaksiya 43 gündür davam edir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, soyuq havaya baxmayaraq, ekofəallar arasında canlanma müşahidə olunur.

Aksiyaya baxmayaraq yoldan humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31