İdman qaydalarını pozan erməni mənşəli futbolçi niyə cəzalandırılmır?

"Hazırda İtaliyanın "İnter" futbol klubunda oynayan Henrix Mxitaryandan sonra terroçu Monte Melkonyan  geni daşıyan hay kökənli daha bir "idmançı" Rusiya tenisçisi Karen Xaçanov Azərbaycanda separatçılığı dəstəkləyən davranış sərgiləyib". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, birinci əli ilə çəkdiyi xəritədə Qarabağı Ermənistanın tərkibində göstərmişdisə, ikinci kameraya "Arsax möhkəm ol" sözləri yazıb: "Baxmayaraq ki, Zəngəzur və Göyçəni Azərbaycanın bir hissəsi saymağa hər baxımdan haqqımız çatır, bizim idmançılar oxşar hərəkət edəcəkləri halda əminəm ki, uyğun federasiyalar onları sərt cəzalandırar, ən azından  bunun yolverilməzliyi ilə bağlı operativ açıqlama yayardılar. Ancaq təəssüf ki,  hələlik Mxitaryan və Xaçanovu idman qaydalarını pozan, başqa ölkənin torpaq bütünlüyünə qarşı yönələn  yaramaz davranışlarına görə nə UEFA,  nə də  İTF cəzalandırıb. Heç bir münasibət də bildirilməyib. Elə isə biz bildirək, Xaçanovun "Arsax" adlandırdığı Qarabağ möhkəm durub, heç narahat olmasın, 100 minlik ordu birləşmələrimizin tam kontrolundadır. Və əgər "Arsax"ı  belə çox sevirlərsə, qoy ora təşrif gətirsinlər. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Laçın yolunda gözləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31