Orta Dəhliz Azərbaycana marağı artırıb - ÖZƏL
23 Yanvar 2023 14:00 Siyasət"Rusiya və Ukrayna arasında gedən müharibə ölkələrin Orta Dəhliz layihəsinə marağını daha da artırıb".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisad elmləri doktoru Vilayət İsmayılov deyib ki, ölkəmizin ərazisindən keçən və logistik baxımdan əhəmiyyətli olan Orta Dəhliz eyni zamanda Azərbaycana da marağı artırıb:
"Enerji daşıyıcılarının, eləcə də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Bugünki reallıqlar fonunda tranzit ölkəsi olmağın vacib oldugunu bildirən dövlət başcısı qeyd edib ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacağını da Prezident İlham Əliyev anons olaraq verib".