"Biz Cənubi Azərbaycana gözəl gələcək vəd edirik"- ÖZƏL

"Azərbaycanın Qarabağ qələbəsindən sonra əldə etdiyi uğurlardan biri də üçtərəfli sazişdə göstərilən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası olub. Məğlubiyyət aktına əsasən Ermənistan Azərbaycanın Qərbi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməlidir".

Bu sözləri Olaylar.az-a politoloq Orxan  Atabəy deyib:

"Dəhlizin açılması ilə:

-  regionda inteqrasiya prosesi güclənəcək;

- Azərbaycanın Avrasiyanın nəqliyyat və geostrateji mövqeyi olaraq güclənəcək

- Azərbaycanla işbirliyində maraqlı olan qüvvələr mühüm siyasi-iqtisadi mənfəət qazanacaq

- Türk dünyasının birbaşa coğrafi bağlantısı uzun illərdən sonra bu koridor vasitəsilə təmin olunacaq.

Ermənistan Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaqla, iqtisadi inkişafını sürətləndirmək imkanları əldə edər.

Amma əksini görürük, Ermənistan tərəfi dəhlizin açılmasını ləngitmək üçün əlindən gələni edir. Səbəbi yüzdürsə biri Ermənistanı təzyiq altında saxlayan İrandır. Qonşuluq xatirinə, Zəngəzur dəhlizinin açılmasına narazı deyilik desələr də,  birmənalı şəkildə qarşıdır. Molla rejimi  rəsmi şəkildə səsləndirə bilmədiyi fikirləri müxtəlif siyasətçilər, ekspertlər vasitəsilə səsləndirir. Gah Azərbaycanı müharibə ilə təhdid edir, gah ölkə daxilndə ara qarışıqlıq yaradacaqlarını bildirirlər. İranın  qorxuya düşməsi də əsaslıdır, çünki güclü Şimali Azərbaycan Cənubi Azərbaycana gözəl gələcək, müstəqil dövlət perspektivi vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31