"Mən edə bilməyəcəyim sözü vermirəm, verdiyim sözün də axırına kimi gedirəm" - ÖZƏL

"Son dövrlər Rusiya-Ukrayna müharibəsi fonunda demək olar ki, dünya siyasi sistemi bir dağılma vəziyyətinə gəlib çıxıb və beynəlxalq hüquq demək olar ki, işlənməz bir hala düşüb".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, hesab edir ki, belə bir məqamda Azərbaycanın Çin-Azərbaycan əməkdaşlığının hansı təcrübə gətirəcəyi ilə bağlı məsələlərə toxunması olduqca önəmli məsələdir:

"Çinin də kifayət qədər böyük potensialı var və bu potensialdan bu gün demək olar ki, təkcə Azərbaycan deyil, həm də dünya dövlətləri istifadə edir. Hesab edirəm ki, belə olan halda ölkə başçısı cənab İlham Əliyevin Davos kimi önəmli bir iqtisadi forumda Çinin CGTN (China Global Television Network) televizya kanalına verdiyi müsahibə əslində son dövrlər beynəlxalq siyasətdə baş verənlərin içərisində bir mesaj xarakteri daşıyır və hesab edirəm ki, kifayət qədər uğurlu bir müsahibə idi.
Ölkə başçısının bir fikri çox xoşuma gəldi. Bildirdi ki, "mən edə bilməyəcəyim sözü vermirəm, verdiyim sözün də axırına kimi gedirəm". Bu o deməkdir ki, Çinlə əməkdaşlıqda Azərbaycanın ortaya qoyduğu mövqe axıra kimi müdafiə olunacaq və həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31