Müsahibədə toxunulan məsələlərin siyasi anlamı var - ÖZƏL
19 Yanvar 2023 16:06 Siyasət"Ölkə başçısı cənab İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibə çox böyük anlam daşıyır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Bu ilk növbədə bir siyasi mesaj xarakteri daşıyır. Çünki son dövrlər bildiyimiz kimi, Hindistan-Ermənistan yaxınlaşması fonunda Çinin Azərbaycana münasibətləri, hətta xüsusi diqqət yetirməsi, Çinin "Bir kəmər, bir yol" layihəsinə ölkə başçısı cənab İlham Əliyevin toxunması, ümumiyyətlə, Çin-Azərbaycan əlaqələri, yəni, Çinlə Azərbaycan arasındakı əlaqələrin keçmiş, indiki vəziyyəti və gələcək perspektivlərlə bağlı məsələlərə toxunması, "Bir kəmər, bir yol" layihəsinin şaxələndirilməsi istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar, yükdaşıma məsələsini gündəmə gətirməsi, beynəlxalq, regional platformalarda Azərbaycan və Çinin qarşılıqlı şəkildə bir-birinə dəstək verməsi və Azərbaycan prezidentinin Çinə səfərləri, Çin prezidenti ilə görüşləri və bu görüşlər çərçivəsində ikili münasibətlərə toxunulması və s. bütün bunların hər birinə ölkə başçısı cənab İlham Əliyev toxundu və düşünürəm ki, bunların bir siyasi anlamı var".