Parlamentdə sənədsiz evlər məsələsi qaldırılıb

"Bələdiyyələrin statusuna yenidən baxılmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, bələdiyyələrlə bağlı durum getdikcə acınacaqlı hal alıb. Odur ki, bələdiyyələrin statusuna yenidən baxılmalıdır: "Prezident İlham Əliyev də son çıxışlarında ölkəmizdə uğurlu idarəetmə modelinin yaradılması ilə bağlı fikirlər söyləyir. Azad edilmiş ərazilərdə Xüsusi Nümayəndəlik, Naxçıvanda yaradılan nümayəndəlik uğurlu təcrübədir. Mən əminəm ki, bu təcrübənin ölkənin bütün ərazisinə şamil edilməsi çox yaxşı olardı. Növbəti bələdiyyə seçkilərinə 2 il qalıb, islahatlar həyata keçirilməsə bələdiyyənin nüfuzu tam itəcək. Digər aidiyyəti qurumların səlahiyyəti artır, bələdiyyələr əks istiqamətdə gedir". Deputat əlavə edib ki, sənədsiz evlər Azərbaycanda çoxdur, bu da bələdiyyələrin vergi toplamasını əngəlləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31