Azərbaycana liderinə olan böyük etimadın və inamın təzahürü - ÖZƏL
19 Yanvar 2023 12:41 Siyasət"Bu günlərdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Əli Paşayev deyib ki, bu mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük etimadın və inamın təzahürüdür: "Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31