Yeni qanun ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı, onu xarici təsirlərdən qoruyur - ÖZƏL
19 Yanvar 2023 12:26 Siyasət"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi prioritet vəzifələrdən biridir və Qanuna əsasən, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev səsləndirib. O bildirib ki, əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir: "Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcək".
O bildirib ki, bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı, onu xarici təsirlərdən qoruyur.