Deputatlarımız Türkiyədə tədbirə qatılacaqlar - ÖZƏL
19 Yanvar 2023 12:08 SiyasətMilli Məclisin deputatları Musa Qasımlı və Aqil Məmmədov yanvarın 19-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə deputatlar Azərbaycanın İstanbul Baş konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhərində keçiriləcək konfransın işinə qatılacaqlar. 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan konfrans Nişantaşı Universitetində keçiriləcək. Tədbirdə millət vəkili Musa Qasımlının məruzə ilə çıxış etməsi nəzərdə tutulub.
Səfər yanvarın 20-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31