Cərimələr məsələsində iri sahibkarlardan yapışmaq lazımdır - Deputat

"Bunu ölkədə hər kəs bilir ki, mənim və ailəmin bir dənə də olsun biznesimiz yoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib. "Ürəyimdə qalıb, onu deməliyəm, cərimələr məsələsində iri sahibkarlardan yapışmaq lazımdır. Elə adam var ki, "Niva"nın arxasını açıb göyərti satır. Buna 1500 manat cərimə yazılır, boğazından yapışırlar. Amma onlarla biznesi olan heç vergi vermir, əlini qoyub cibinə rahat gəzir, heç ona toxunan da yoxdur. Bununla inkişaf ola bilməz, bu məsələlərə diqqət etmək lazımdır", - deyə deputat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31