Xankəndi yolunda SON VƏZİYYƏT

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə yeni şüarlar səsləndirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

Aksiya iştirakçıları fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 27 gündür davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31