Deputat: “İnanıram ki, yaxın gələcəkdə Göyçəyə, İrəvana qayıdacağıq”

"Qərbi Azərbaycan İcmasının məqsədi etnik azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və bu cinayətləri törədənlərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. Deputat bildirib ki, əsas hədəfimiz öz torpaqlaırndan didərgin düşmüş soydaşlarımızın yurdlarına qayıtmasından ibarətdir: "İnanıram ki, yaxın gələcəkdə Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31