Naxçıvanda və Şuşada DOST Mərkəzləri yaradılacaq
30 Dekabr 2022 11:34 SiyasətNaxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Eyni zamanda, azad edilmiş ərazilərdə də DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Fərid Məmmədov bildirib ki, hazırda bununla bağlı işlər aparılır.
"Azad olunmuş ərazilərdə, xüsusən də Şuşa şəhərində DOST mərkəzinin yaradılması nəzərdə tutulur",- F.Məmmədov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31