"Azərbaycanlıların Ermənistana dönüşü erməni millətçilərin qorxulu yuxusudur"- ÖZƏL
30 Dekabr 2022 11:33 Siyasət"Ermənistan hazırda demoqrafik fəlakətlə üz-üzədir. 1991-ci ildə 3.6 milyon nəfərlə müstəqillik əldə edən Ermənistan 2.9 milyon nəfərə düşüb. Ermənistan Dövlət Statistika Komitəsinin verdiyi 2.9 milyon rəqəm də kağız ezərindəki vətəndaş sayıdır, 2022-ci ilin rəqəmlərinə görə tək Rusiyada 108 min Ermənistan vətəndaşı yaşayır.
Ermənistanda əhalinin sürətlə azalmasına əsas səbəb əvvələr ölüm nisbətinin doğum səviyyəsini ötməsi idisə, II Qarabağ savaşından sonra ümidləri ölən xalqın ölkə vətəndaşlığından imtinası və aşağı nigahdır. Keçən il ölkədən 42 min nəfər birdəfəlik köçüb gedib. Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə bu itki ilə 2050-ci ildə Ermənistan əhalisi 2.6 milyona düşəcək".
Bu sözləri Olaylar.az-a politoloq Orxan Atabəy deyib:
"Bütün bunları deməyimə səbəb, Ermənistanın Azərbaycandan uzaq qaçmasının, sülh proseslərini ləngitməsinin səbəblərindən biri də demoqrafik fəlakətidir. Ermənistan Qafqazın ən gəncsiz ölkəsidir, yaşlılar əhalinin 14 faizdir. İndiki demoqrafik şəraitdə Ermənistanda iqtisadi tərəqqi, xüsusən də əməktutumlu sahələrin inkişafı daha çətin hala gəlir.
Azərbaycanla sülh, azərbaycanlıların Ermənistana dönüşü ola bilər ki, bu erməni millətçilərin qorxulu yuxusudur".