Qərbin görüntü xarakterli dəstəyi Ermənistanı xilas edə bilməyəcək - ÖZƏL

"Ermənistanda Rusiya əleyhinə artan etirazlar onu göstərir ki, Ermənistan Rusiyanın tələblərini yerinə yetirmək istəmir, daxildə Rusiyaya qarşı müqavimət görüntüsü yaratmağa çalışır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  son proseslər və Ermənistanın özünün buraxdığı səhvlər onların öz əleyhinə işləyir:
"Ermənistan unudur ki, faktiki Rusiyadan asılı dövlətdir, lakin Fransanın dəstəyi ilə Qərbə manevr etmək istəyir, bu isə Ermənistanı daha da çətin duruma salır. Xüsusən indiki Rusiya ilə Qərbin qarşıdurmada olduğu dönəmdə Paşinyanın belə bir kursu, Rusiyanın təklif etdiyi İttifaqa qoşulmaması, Azərbaycan və Rusiya ilə imzaladığı üçtərəfli sazişin öhdəliklərindən yayınması və prosesi uzatması Rusiyanın qəzəbinə səbəb olub. Üstəlik Laçın yolu ilə bağlı vəziyyət də Ermənistanın əleyhinə işləyir".
Vüqar Əhmədov hesab edir ki, bütün bunların fonunda Ermənistanda Rusiya əleyhinə etirazlar, Qərbin görüntü xarakterli dəstəyi Ermənistanı xilas edə bilməyəcək:
"Bununla Ermənistan Qərbə göstərməyə çalışır ki, Rusiya onu sıxışdırır, təsirində saxlamağa çalışır və Qarabağ məsələsində də özünə Qərbdən dəstək qazanmağa çalışır. Bütün bunlar Ermənistanın son çabalarına bənzəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31