İrana qarşı hərbi koalisiya formalaşacaq - ÖZƏL

"İranda etiraz aksiyalari daha da intensivləşməsi gözlənilir. Bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməklə, rejimə qarşı hərbi variantda masadadir. İsraildə B. Netanyahu baş nazir postuna yenidən qayıtdı. İrana qarşı hərbi koalisiya formalaşdıracaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Cənubi Azərbaycanda soydaşlarımızla bağlı proses gündəm olmamalı və bu istiqamətdə strateji siyasəti aparmalıyıq: "Təbrizdə, Ərdəbildə, Xoyda, Urmiyada soydaşlarımızın hüquqları uğrunda mübarizəni dəstəkləməli və yetərincə yanında olmalıyıq. İranda rejim dəyişərsə, növbəti mərhələdə Cənubi Azərbaycanın  yenidən fars millətçilərinin əsarətində yaşamasına imkan verməməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31