Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

"Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Siz bu gün yaşadığım Almaniyada, eləcə də mütəmadi səfərlərdə olduğum Avropa ölkələrində istər siyasi müstəvidə, istərsə də qeyri-siyasi sferada xüsusi sevgi, hörmət və rəğbət bəslənən bir Lidersiniz. Bunun hər dəfə canlı şahidi olmaq ürəyi daim Vətənlə döyünən biri kimi mənim üçün xüsusi qürurvericidir. Bu sevgini və hörməti Siz özünüz qazanmısınız.

Dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərin yetişməsində göstərdiyiniz xüsusi diqqət və nümunəvi mövqeyiniz məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb.

Siz həm də biz gənclərə atanın və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirdiniz. O ata vəsiyyəti ki, məhz ona əməl edilməsi nəticəsində doğma Vətənimiz bütövləşdi və biz dünyada yenidən milli kimliyimizi qazandıq.

Azərbaycanımızı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirdiyinizə görə Sizə təşəkkür edirəm.

Sizi həm öz adımdan, həm də hər zaman diqqətinizi görən ailəmiz adından bir daha təbrik edirəm".

***

"VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kosti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Doğum gününüz münasibətilə "VTB Bank"ın İdarə Heyəti və kollektivi adından səmimi təbriklərimizi qəbul edin.

Uzun illər boyu ölkənizə sədaqətlə xidmət etməyiniz Sizə Azərbaycan xalqının etimadını və vətəndaşların geniş dəstəyini qazandırıb.

Azərbaycan Respublikası iyirmi ilə yaxındır ki, Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahədə sanballı nəticələr qazanır, beynəlxalq arenada nüfuzunu ardıcıl olaraq möhkəmləndirir, müasir dövrün mürəkkəb çağırışları şəraitində milli inkişaf potensialını dinamik şəkildə reallaşdırır.

Ölkələrimizin qarşılıqlı sabit müttəfiqlik fəaliyyətinin daha da möhkəmlənməsi üçün şəxsən Sizin göstərdiyiniz böyük səyləri, ortaq tariximizi, insanlar, o cümlədən sahibkarlıq cəmiyyətləri arasında yaranmış mehriban qonşuluq və dostluq əlaqələrini qoruyub saxlamağı zəruri hesab etməyinizi Rusiyada yüksək qiymətləndirirlər.

Fürsətdən istifadə edib "VTB Bank"ın Azərbaycandakı təşəbbüslərinə və layihələrinə diqqətinizə görə Sizə təşəkkür edirəm. Bu bankın ehtiyac duyulan maliyyə vasitələri və xidmətləri ilə zənginləşməsinə bundan sonra da kömək göstərilməsini vacib və perspektivli hesab edirik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla həyata keçməsini, Sizə və yaxınlarınıza tükənməz qüvvə, sağlamlıq, əmin-amanlıq diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31