Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilib
23 Dekabr 2022 12:21 SiyasətBakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilib. "Olaylar"ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib. Hakimlər Kərimli İlham Əziz oğlunun, Qasımov Faiq Adil oğlunun və Məhərrəmova Şeyda Ədalət qızının Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib. Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31