Dörd apelyasiya məhkəməsinə yeni hakimlər təyin edilib

Gəncə, Sumqayıt, Şəki və Şirvan Apelyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. "Olaylar"ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələ müzakirə edilib. Müzkirələrdən sonra təklif səsverməyə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31