Erməni lobbisinin əsiri olan dövlətlər və təşkilatlar - ÖZƏL

"Erməni lobbisinin əsiri olan bəzi dövlətlər və təşkilatlar Azərbaycanda insan haqlarının pozulması ilə bağlı əssasız iddialar irəli sürür. Təbii ki, bütün bu iddilar əssasızdır  həqiqəti əks etdirmir".

Bu fikirləri "OLAYLAR"-a  AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki,   Azərbaycanı insan hüquqları və söz azdlığının məhdudlaşdırılması ilə bağlı ittiham edən təşkilatlar və dövlətlər 30 il müddətində ermənilər tərəfindən  torpaqlarımızın işğal edilməsinə, bir milyondan çox insanımızın hüquqlarının kobud şəkildə pozulmasına, onların öz döğma yurdlarından çıxarlmasına nədənsə heç bir münasibət bildirmir.  Təbii ki, həmin dövətləri və təşkilatları insan haqları, ifadə azadlığı maraqlandırmır. Onları maraqlandıran hər vəchlə Azərbaycanın güclənməsinin qarşısını almaq, imicinə kölgə salmaqdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31