Vardanyan öz-özünü ifşa etdi
23 Dekabr 2022 10:37 SiyasətO, Azərbaycanla Emənistan arasında imzalanması planlaşdırılan sülh anlaşmasını pozmaq üçün regiona göndərilib
Dələduz Vardanyan ötən gün maraqlı bir etirafda bulunub. Haylara bağlı Rusiya saytlarından birinə verdiyi müsahibədə o, Xankəndidə peyda olmasının "Ermənistanda və Qarabağda çoxlarının xoşuna gəlmədiyini" açıqlayır. Xankəndi və İrəvanda "bəzi güclərə böyük problem" yaratdığını, "Qabağ məsələsinin başqa cür həllini düşünənlərin planlarını pozuduğunu" vurğulayan Vardanyan bununla Azərbyacan Prezidentinin haqqında dediklərini tamamilə təsdiqləyib. Millət vəkili Sahib Alıyev hesab edir ki, Vardanyan açıqca bildirir ki, Azərbaycanla Emənistan arasında imzalanması planlaşdırılan sülh anlaşmasını pozmaq üçün regiona göndərilib. Və özünün separatçıların "dövlət naziri" təyinatının arxasında da Moskva durur. Araik Harutyunyanla Nikol Paşinyan isə xoşlarına gəlməsə də, bəlli səbəbdən Kremldəkilərin iradəsinə qarşı çıxa bilməyiblər: "Amma Vardanyanın bir çoxlarının ondan zəhləsi getdiyini açıq şəkildə dilə gətirmsi göstərir ki, artıq proses başlayıb. Elə həmən Paşinyanla Harutyunyan dələduz milyarderin Qarabağdan rədd olub getməsi üçün əl altdan nə lazmdır edir, camaatı ona qarşı qaldırırlar. Yəni Xankəndidə Vardanyanın Volkovdan başqa dayağı yoxdur və müəyyən bir müddətdən sonra heç Volkov da olmayacaq".
Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın təhlükəsizlik rəsmiləri ilə Qarabağdakı ermənilər arasında təmaslarını Kreml Ruben Vardanyanı göndərməklə qarşısını alıb. Faktiki isə, R. Vardanyana qədər Xankəndində bəzi ermənilərlə təmaslar başlamışdır: "Azərbaycanın məqsədi yerli ermənilərin reinteqrasiyasına nail olaraq prosesi müsbət istiqamətdə aparmaq idi. Moskva R. Vardanyan göndərməklə, prosesi pozub. Və R. Vardayn deyir kim Azərbaycan mənimlə danışmalıdır. Təbii ki, Kreml R.Vardanyanı Qarabağa öz nümayəndəsi olaraq göndərib və əsas məqsədi buranı Rusiyanın nəzarətində statuslu bir sistem yaratmaqdır. Demək olar ki, bizim artıq Qarabağda mübarizəmiz Rusiya ilə başlayıb. Təsadüfi deyil ki, Rusiyanın bəzi ekspertləri Azərbaycana raket atmaq və hərbi cəhətdən cəzalandirmaqla hədələməsi, məhz Qarabağda onların bu məkrli siyasətinin qarşısını aldığımızdan irəli gəlir. Bəli, biz Rusiya "sülhməramlı" qüvvələrini məcbur qalıb Qarabağa dəvət etməklə, onların ölkəmiz üçün problemlər yaradacağını hesablamışdıq. Amma, iki dəfə Rusiya ordusunun ölkəmizdən çıxarmaq kimi təcrübəmizdə var. İndi isə, daha asan məğlub olan və "Güclü Rusiya ordusu" mifi dağıldığı bir dönəmdə onların öhdəsindən gəlməyimiz mümkündür. Qeyd edim ki, Rusiya "sülhməramlı" qüvvələri Qarabağda qaldıqca ermənilərin reinteqrasiyasına nail olmağımız çətin məsələdir. Birinci, Rusiya sülhməramlı qüvvələrini beş ildən artıq qalmasına icazə verilməməlidir. İkinci, Azərbaycan dəhliz yolunda nəzarət buraxılış məntəqəsi qoymalıdır. Bu dəhliz təyinatına uyğun fəaliyyət göstərmir və burdan hərbi məqsədlər üçün istifadə edilir. Əgər, buraxılış nəzarət sisteminin təşkil etsək, bütövlükdə avtomatik olaraq silahlı terrorçu erməni qrupların fəaliyyətinə son qoyacağıq. Üçüncü, Xankəndi-Şuşa yolunda ekofəalların etiraz aksiyalarını davam etdirməklə orda ekoloji post təsis edilməlidir. Rusiyanın Qarabağda mövqeyini möhkəmləndirilməsi baş tutmayacaq. Azərbaycan bu məsələdə geri addım atmayacaq. R.Vardanyan Kremlin nümayəndəsidir və onunla danışıqlara getmək Rusiyanın Qarabağda status tələbini rəsmiləşdirmək olar". Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli də hesab edir ki, Vardanyanın hansı əsaslar gətirməsinə baxmayaraq Azərbaycan öz istəyinə nail olacaq: "44 günlük müharibədə qalib olduğumuz kimi, masada da qalib görünməkdəyik. Amma Azərbaycan hələlik tam şəkildə istəklərinə çatmayıb. Çünki hələ bunun Ermənistan tərəfindən tam təsdiqlənməsi üçün hüquqi cəhətdən sənədləşdirilməsi lazımdır. Lakin həm Azərbaycan üçün, həm də Ermənistan üçün çox düzgün və uğurlu addımdır. Həmçinin, beynəlxalq hüquqa uyğun qərardır. İndi yeni mərhələ başlayır, Ermənistan sülhdən qaçammaz. Ermənistana sülh müqaviləsi imzaladacağıq. Ermənistanın tək çarəsi Azərbaycanla razılaşmaqdır. Bu gün on bir gündür Şuşa -Xankəndi yolunda Azərbaycan ekofəalları dinc yumşaq piket keçirirlər. Məqsədləri ekoloji terrora son qoymaq, ermənistanın Qarabağa silah -sursat daşımasının və Rusiya sülhməramlı qüvvələrinin buna şərait yaratmasının, İrandan olan terrorçu qrupların Xankəndiyə gəlmələrinin qarşısını almaqdır. Lakin on bir gündür ekoloji fəalların dinc aksiyalarına baxmayaraq hələ də Rusiya dövlətindən və onun "sülhməramlı" kontingentinin rəhbər heyətindən rəsmi reaksiyanın olmaması, bir daha Azərbaycan tərəfinin onları fakt qarşısında "cavabsız" hala saldığını,bizim fəalların haqlı olduqlarını ortaya qoydu. BMT -də bu məsələ ilə bağlı dinləmədə bizim haqlı mövqeyimizdən çıxış etmək zorunda qaldılar, yəni "Azərbaycan yolu bağlamamalı", "Qarabağ ermənilərini blokadada saxlamamalıdır. Əslində Azərbaycan hələ bu dinləmələrə qədər olan müddətdə bildirdi ki, yolu bağlayan Rusiya "sülhməramlıları"dır, humanitar məsələlər üçün bu yolda gediş-gəliş davam etdirilir. Fakt görünənlər onu göstərdi ki, yoldan istifadə var və insanların oradan gedib gəlişinə heç bir problem yoxdur. Hətta insanların, tibb maşınlarının oradan gediş-gəlişinə heç bir əngəl yoxdur. Həqiqəti onlar özləri də dəqiqliklə bilirlər. Lakin cavab resursları tamamilə tükəndiyindən nala- mıxa vuraraq ceynəlilmiş köhnə arqumentlər söyləyirlər. Çalışırlar ki, nə olur olsun günahı bizim üstümüzə atsınlar, özlərinin pis əməllərini ört-basdır edib gizləsinlər. lakin başa düşmürlər ki, bura bizim vətəndir və biz öz vətənimizdəyik. Laçın-Xankəndi yolunda piket davam edəcək, o zamana kimi ki, biz istəyimizə nail olaq. Əks təqdirdə Azərbaycan antiterror əməliyyatı ilə əvəzləyə biləcək hərbi əməliyyatla ekoloji terroru edənləri silib süpürərək cəzalandıracaq".
Alim