"Azərbaycanı günahlandırmağın bir adı var - VƏTƏNƏ XƏYANƏT!" - ÖZƏL
21 Dekabr 2022 21:52 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki:
"Şuşa-Xankəndi yolunda mövcud vəziyyət heç də ermənilərin blokadası deyil. Ermənistan bizə qarşı informasiya savaşı aparır. Özlərini hüquq müdafiəçisi adlandıran birbaşa ermənilərin hazırladığı bəyannaməyə imza atanlar xalqımızın və dövlətimizin düşmənidir. Azərbaycan Xankəndi yolunu bağlamayıb. Humanitar məqsədlər üçün açıqdır. Bu yol yalnız qanunsuz fəaliyyətə qarşı bağlanıb. Buna humanitar böhran deyib, Azərbaycanı günahlandırmağın bir adı var-vətənə xəyanət. Erməniləri bildik, bizim içimizdə olanlar bu Bəyannaməyə imza atıbsa satqındır.
Ermənistan Qarabağa silah-sursat daşıyırdı və Rusiya sülhməramlı qüvvələri buna şərait yaratmışdı. İrandan olan terrorçu qruplar Xankəndiyə gəlirdi. Oturub yenidən ermənilərin silahlanmasını gözləməliyik?!
Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti dövlət və xalqın maraqlarına əsaslanır və bu siyasətə dəstək verirəm."