"Ölkədə məhkəmə sistemi bərbad olaraq qalır" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib:

O qeyd edib ki:

"Ölkədə məhkəmə sistemi bərbad olaraq qalır. Hakim məmur iş birliyi nəticəsində günahsız və bir çox məmurların şərlədiyi insanlar məhkəmə tərəfindən sifarişlə həbsə atılır. Bu ölkəmizin hüquq və ədalət sisteminin dağıldılmasıdır.

Getdikcə, məmurların şərlədiyi və məhkəmələr tərəfindən həbslər artmaqdadır. Hakimlərin əməkhaqları prezident tərəfindən qaldırılmağına baxmayaraq, hakimlər test üsulu ilə seçilməsinə baxmayaraq biz bu sahənin düzələcəyini gözlədiyimiz bir vaxtda əksini görürük.

İş adamı öz borcunu MİDA-dan haqlı olaraq istədiyinə görə həmin şəxs sifarişlə Səbail məhkəməsi tərəfindən həbs olundu. Məhkəmə və məmur işbirliyi artmaqdadır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31