Əcnəbilərin Azərbaycanda işləməsi üçün iş icazəsi tələb olunmayacaq
20 Dekabr 2022 15:14 SiyasətƏcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi tələb olunmayacaq. "Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Eyni zamanda, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklə əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31