Kriminal iş adamı Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi yolverilməzdir - ÖZƏL

"Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinə dur deməyin zamanı çatıb. İrəvanın qərəzli, məqsədli şəkildə törətdiyi bu cinayətin qarşısı mütləq alınmalıdır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixiçi Mənzər Ağabəyova səsləndirib. O bildirib ki, kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir:

"Dövlətimizin mövqeyi bu məsələdə hər hansı güzəştə yol verilməməsi istiqamətindədir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31