“Elə ölkə yoxdur ki, az maaş alan çox vergi versin” - Deputat
20 Dekabr 2022 15:10 Siyasət"Dünyanın hər yerində çox qazananlar çox vergi verir, amma bizdə proses əksinə gedir". "Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib."Elə ölkə yoxdur ki, az maaş alan çox vergi versin. Bizdə isə belədir ki, 400-500 manat maaş alanlar vergi verir, amma Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 8 min manat maaş alan İT mütəxəssisi vergidən azad edilir. Son zamanlar Azərbaycanda vergidən azad olma halları çoxalıb. O zaman vergiyə pulu kim verəcək, 400 manat maaş alanlar? Dövlət büdəcəsinə vergidən gələn pul azalır, düşünürəm ki, bunun üzərində işləmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31