Qarabağda ermənilərin reinteqrasiyasına necə nail ola bilərik?

"Azərbaycanın təhlükəsizlik rəsmiləri ilə  Qarabağdakı ermənilər arasında təmaslarını Kreml Ruben Vardanyanı göndərməklə qarşısını alıb. Faktiki isə R. Vardanyana qədər Xankəndində bəzi ermənilərlə təmaslar başlamışdır. Azərbaycanın məqsədi yerli ermənilərin reinteqrasiyasına nail olaraq prosesi müsbət istiqamətdə aparmaq idi. Moskva R. Vardanyan göndərməklə, prosesi pozub və R. Vardayn deyir kim Azərbaycan mənimlə danışmalıdır. Təbii ki,  Kreml R.Vardanyanı Qarabağa öz nümayəndəsi olaraq göndərib və əsas məqsədi buranı Rusiyanın nəzarətində statuslu bir sistem yaratmaqdır". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bizim artıq Qarabağda mübarizəmiz Rusiya ilə başlayıb:  "Təsadüfi deyil ki, Rusiyanın bəzi qurumlarının ekspertləri Azərbaycanı raket atmaq və hərbi cəhətdən cəzalandirmaqla  hədələməsi, məhz Qarabağda onların bu məkrli siyasətinin qarşısını aldığımızdan irəli gəlir. Bəli, biz Rusiya "sülhməramlı" qüvvələrini məcbur qalıb Qarabağa dəvət etməklə, onların ölkəmiz üçün problemlər yaradacağını hesablamışdıq. Amma, iki dəfə Rusiya ordusunun ölkəmizdən çıxarmaq kimi təcrübəmizdə var. İndi isə, daha asan məğlub olan və "Güclü Rusiya ordusu" mifi dağıldığı bir dönəmdə onların öhdəsindən gəlməyimiz mümkündür.

Qeyd edim ki, Rusiya "sülhməramlı" qüvvələri Qarabağda qaldıqca ermənilərin reinteqrasiyasına nail olmağımız çətin məsələdir. Birinci, Rusiya sülhməramlı qüvvələrini beş ildən artıq qalmasına icazə verilməməlidir. İkinci, Azərbaycan dəhliz yolunda nəzarət buraxılış məntəqəsi qoyulmalıdır. Bu dəhliz təyinatına uyğun fəaliyyət göstərmir və burdan hərbi məqsədlər üçün istifadə edilir. Əgər, buraxılış nəzarət sisteminin təşkil etsək, bütövlükdə avtomatik olaraq silahlı terrorçu erməni qrupların fəaliyyətinə son qoyuruq. Üçüncü, Xankəndi-Şuşa yolunda ekofəalların etiraz aksiyalarını davam etdirməklə onların ekoloji postunu təsis edilməlidir. Rusiyanın Qarabağda mövqeyini möhkəmləndirilməsi baş tutmayacaq. Azərbaycan bu məsələdə geri addım atmayacaq. R.Vardanyan Kremlin nümayəndəsidir və onunla danışıqlara getmək Rusiyanın Qarabağda status tələbini rəsmiləşdirmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31