"Azərbaycana qarşı olan qüvvələrin fəaliyyəti nəticəsində problem fərqli şəkildə təqdim olunur" - ÖZƏL
20 Dekabr 2022 14:37 Siyasət"Qarabağdakı Azərbaycan vətəndaşı sayılan ermənilər üçün heç bir təhlükə yoxdur. Azərbaycan aksiyaçıları Xankəndi-Laçın yolunu sülhməramlılara maneə törətmək üçün yox, humanitar məsələlər üçün bağlayıb. Sadəcə Rusiyanın aksiya iştirakçılarına cavabı gecikdirməsi və Azərbaycana qarşı olan qüvvələrin fəaliyyəti nəticəsində problem fərqli şəkildə təqdim olunur.
Azərbaycan Qarabağ İqtisadi rayonunda yaşayan ermənilərim ölkəmizə inteqrasiyasının tərəfdarıdır. Hadisələrə sülhməramlıların müdaxilə etməsi, Ruben Vardanyan adlı milyarderin göndərilməsi inteqrasiyaya maneə olur. Təhlükəni daha çox Ruben Vardanyanın çıxışları, ermənilərə qarşı münasibəti yaradır. Azərbaycan tərəfi minaların təmizlənməsini, köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmək istəyir".
Bu sözləri Olaylar-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.