Zəngəzur dəhlizinin açılması regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq - ÖZƏL

Postmünaqişə dövrünün yeni reallıqları, xüsusilə  Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da  möhkəmləndirəcək.  

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Samir Ağayev səsləndirib. O bildirib ki, bu baxımdan Prezident İlham Əliyevin Türkmənistanda keçirilən  Zirvə Görüşündə iştirakı xüsusi əhəmiyyət daşıyırdı:

"Görüşdə çıxışı zamanı dövlət başçısı diqqəti Zəngəzur dəhlizinin açılması məsələsinə yönəldərək bildirdi ki, hazırda dəhlizin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Belə ki, bu dədlizin açılması regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31