Komitə sədri erkən nikaha qarşı çıxdı

Azərbaycanda 18 yaşdan aşağı olanların nikaha girməsi birmənalı şəkildə qadağan edilməlidir. "Olaylar" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında bildirib: "Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır. Qanunvericilikdə heç bir istisna olmadan, nikah yaşı 18 qəbul edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31