Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir - Partiya sədri

"Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunu bağlaması əslində gecikmiş aksiyadır. Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talnçılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər".

"Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib. Bildirib ki, bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib. Indi aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var: "Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilsin. Ermənistan Naxçıvana gedən azərbaycnalılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb gəlməyə icazə verməliyik? İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cianyət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olsun. Üçüncüsü, separatizm yuvasının Ermənistanla siyasi və hərbi əlaqələrinin tam kəsilməsi üçün kompromissiz tələblər irəli sürülsün. Separatizm yuvasında yaşayan erməni əsilli vətəndaşalrımızın humanitar ehtiyaclarını Xarici İşlər Nazirliyimiz dediyi kimi Azərbaycan öz üzərinə nəinki götürə bilər, həm də götürməlidir. Dördüncüsü, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulsun. Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq. Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir. Beşincisi, dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hisəsləri, polis və hərbi texnikamız onların təhülkəsizliyini təmin etməlidir. Onun üçün də xüsusi təyinatlı qoşun hissələri və hərbi texnikamızın əraziyə yeridilməsi və sülhməramlılarla bərabər təhülkəsizliyi təmin etməsi zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31