Özbəkistan mediası da Xankəndi-Laçın yolundakı aksiyadan yazdı

Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəallarının Qarabağda ermənilərin törətdiyi ekoloji terrora qarşı etiraz aksiyası barədə Özbəkistan mediası da geniş məqalə dərc edib.  Belə ki, Özbəkistanın https://darakchi.uz/oz/157958?fbclid=IwAR3XRbH4Oj3ri_WKaidVhwJk2KlnTF8rSCu97_s5fZngCtoTCEZSsvNYfwA 

saytında "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəylinin "Sülhməramlıların səssizliyi fonunda Qarabağda davam edən ekoloji terror" adlı yazısı işıq üzü görüb.

Məqalə müəllifi yazıda Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların fəaliyyətsizliyi, onların erməni maraqlarına xidmət edən hərəkətləri, eləcə də ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terror və buna qarşı Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə ekofəalların təşkil etdiyi etiraz aksiyası barədə özbək oxuculara ətraflı məlumat verib.

QHT sədri sonda onu da əminliklə ifadə edib ki, tezliklə aksiya öz müsbət sonluğu ilə başa çatacaq. Çünki 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də bütün Azərbaycan xalqının qəlbi Şuşada döyünür.

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://darakchi.uz/oz/157958

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31