Sülhməramlılar Laçın dəhlizini bağlamaqla erməniləri blokadada saxlamağa çalışırlar
17 Dekabr 2022 12:53 Siyasət"Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti bir daha göstərdi ki, onlar faktiki olaraq erməniməramlıdırlar. Əsas "vəzifələri" Azərbaycan ərazisinə silah-sursat daşımaq və ermənilərlə Azərbaycan arasında sədd çəkərək düşmənçiliyin davam etməsinə xidmət etməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya tərəfi güzəştə getmir və ölkəmizə qarşı avantüranı davam etdirir: "Laçın dəhlizini bağlamaqla erməniləri blokadada saxlamağa çalışırlar. Rusiya sülhməramlı qüvvələri artıq Qarabağda arzuolunmazdır. Ukraynada işğalçı müharibə aparan Rusiya və prezident V. Putindən sülhməramlı mümkün deyil. Bir-birinə zidd bir anlayışdır. Məhz onlar iki il ərzində subut etdilər ki, onlardan sülhməramlı ola bilməz".