Volkov və Vardanyan talançılığın izlərinin aşkar edilməsindən narahatdırlar

Rusiya sülhməramlı qüvvələrinin komandiri Andrey Volkov Rusiyanın emissary və Qarabağdakı nümayəndəsi Ruben Vardanyanla birləşərək Azərbaycanın  Ekologiya və Təbii Sərvətlər Nairliyinin əməkdaşları  və Qeyri Hökumət Təşkilatlarının  nümayəndələrinin ermənilərin müvəqqəti məskunlaşdığı ərazilərə keçməsinin qarşısını almağa çalışırlar və sona qədər buna nail olmaqda israrlıdırlar. "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiya Sülhməramlı Kontingentinin komandiri Andrey Volkovla dırnağarası Respublikaya yenicə Dövlət Naziri  təyin olunmuş, Putinin adamı, bank sferasında ən məşhur dələduz və beynəlxalq dərəcəli  fırıldaqçı Ruben Vardanyanın birlikdə  törətdikləri ekoloji terror və talançılığın izlərinin aşkar  edilməsindən narahatdırlar: "Azərbaycanın təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyət  nümayəndələrinin yataqların monitorinqi ilə monitorinqi ilə kifayətlənməyəcəyi onlara artıq məlumdur. Növbəti monitorinq azərbaycanın digər struktur və nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçiriləcək və Volkov-Vardanyan, yaxud Rusiya-Ermənistan tandeminin digər sahələrdə də Azərbaycana qarşı törətdikləri beynəlxalq hüquqa və bəşəriyyətə zidd əməlləri ifşa olunacağından qorxurlar. Ən başlıcası isə bu gün erməni və rusların iddia etdiyi ki, Qarabağda qalan erməni tör-töküntülərinin sayının heç də 120 min deyil, 20-30 min olduğunun gələcək monitorinqlər nəticəsində müəyyən olunacağı onları təşvişə salır. Bu fakt Vardanyan-erməni diapori-Ermənistan əlaqələrinə də ciddi ziyan vuracaq. Çünki Ermənistan rəhbərliyi ilə birləşən dələduz iş adamı diaspora və erməni fondlarından 120 minlik erməni əhalisi adına pul yığır".

Onun bildirdiyinə görə, Laçın Dəhlizinin  bağlamaqla Volkov və Rubinyan çütlüyü həm də  Xankəndi və onun ətrafında yaşayan və dözülməz şəraitdən bezmiş ermənilərin oradan çıxmasını süni şəkildə əngəlləməyə çalışırlar. Çünki mövcud şəraitdə qışı orada keçirmək mümkün deyil və ermənilər hər  an oranı tərk etməyə çalışır. Erməni tör-töküntülərinin Xankəndi və digər məntəqələri tərk etməsi isə bu iki şeytanın heç birinə sərf etmir: "Azərbaycan nümayəndələri həmçinin  İran-Erməni terror qruplarının Qarabağdakı fəaliyyətlərinin əhatə dairəsini müəyyən edə biləcəklər. Bu fakt erməni və rus sülhməramlısının beynəlxalq terrorizmlə məşğul olmasını sübuta yetirə bilər. Digər tərəfdən, artıq heç kimə sir deyil ki, Qarabağda Rus və İran hərbi müşavirləri Ukraynada istifadə edilmək üçün mütəxəssislər hazırlayır və bu məqsədlə İran tərəfindən artıq 20-yə yaxın təlimçi burada yerləşdirilib. İrandan Xankəndi və oradan da Ermənistan vasitəsilə Avropaya göndərilən narkotik və psixotran maddələrin dövriyyəsinin sübut olunacağı da istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31