Bəyannamədə "Dağlıq Qarabağ müdafiə ordusu" sözü işlənmir

"Ermənistan 10 noyabr Birgə Bəyannamənin 4-cü, 9-cu bəndini yerinə yetirmir. Ümumiyyətlə, 4-cü bəndə silahlı erməni birləşmələrinin çıxarılmasını tamamilə qəbul etmir. Halbuki, 10 noyabr Birgə Bəyannamədə hərhansı bir "Dağlıq Qarabağ müdafiə ordusu" sözü işlənmir, heç belə bir məsələyə yanaşma yoxdur". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan rəsmilərinin "müdafiə ordusu" dedikləri qanunsuz erməni silhahli birləşmələrdir və onların çıxarılması mütlləqdir: "Əgər, 4-cü bənd yerinə yetirilmirsə, Bəyannamənin 7-ci bəndi -əhalinin Xankəndi, Ağdərə və Xocavəndə qayıtması da mümkün deyil. Ermənistan bu bəndələrə əməl etməyəcəksə, niyə imza atıb?! Bəynnamənin imzalanmasından iki il keçib, demək olar ki, Ermənistan və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə olan təqdirdə Azərbaycanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31