QHT sədri Misir və Əlcəzair mediasında «Ekoloji terrora yox!» aksiyasından yazdı

Bir həftəyə yaxındır ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunda ermənilərin Qarabağda həyata keçirdikləri ekoloji terrora etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyası xarici mediada da geniş şəkildə işıqlandırılır. "OLAYLAR" xəbər verir ki, "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəylinin sözügedən etiraz aksiyası, onu doğuran səbəblər, eləcə də aksiyanın mümkün nəticələri barədə məqaləsi Misir və Əlcəzair mediasında işıq üzü görüb. Misirin rayetmisr.com, Əlcəzairin alharir.info saytlarında dərc edilən məqalədə müəllif Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının öz missiyalarını yerinə yetirməmələri, daha çox erməni maraqlarına xidmət edən fəaliyyətlər ortaya qoyduqları oxucuların  diqqətinə çatdırılır.

Məqalə ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://rayetmisr.com/%d8%a7%d8%b3%d8%aa%d9%85%d8%b1%d8%a7%d8%b1-%d8%a7%d9%84%d8%a5%d8%b1%d9%87%d8%a7%d8%a8-%d8%a7%d9%84%d8%a8%d9%8a%d8%a6%d9%8a-%d9%81%d9%8a-%d9%83%d8%a7%d8%b1%d8%a7%d8%a8%d8%a7%d8%ae-%d8%b9%d9%84%d9%89/

https://alharir.info/%d8%a7%d8%b3%d8%aa%d9%85%d8%b1%d8%a7%d8%b1-%d8%a7%d9%84%d8%a5%d8%b1%d9%87%d8%a7%d8%a8-%d8%a7%d9%84%d8%a8%d9%8a%d8%a6%d9%8a-%d9%81%d9%8a-%d9%83%d8%a7%d8%b1%d8%a7%d8%a8%d8%a7%d8%ae-%d8%b9%d9%84%d9%89/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31