Səfir Tahir Tağızadə Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb
16 Dekabr 2022 21:56 SiyasətDekabrın 16-da Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb. Görüşdə Macarıstan Milli Assambleyasının Xarici əlaqələr idarəsinin rəisi, Dövlət katibi Peter Şardi də iştirak edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında energetika və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri, eyni zamanda, xalqlarımız və iki ölkənin liderləri arasındakı yaxın münasibətlərdən məmnunluq ifadə edilib.
Azərbaycan və Macarıstan parlamentləri arasında ikitərəfli əsasda, həmçinin çoxtərəfli platformalarda əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31