Zahid Oruc Hərbi Prokurorluğun ləğvini tələb etdi
16 Dekabr 2022 14:41 SiyasətRespublika Hərbi Prokurorluğunun ləğv olunması ilə bağlı təklif irəli sürülüb. "Olaylar" xəbər verir ki, belə bir təklifi Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc irəli sürülüb.Tərtər hadisələrindən danışan komitə sədri Hərbi Prokurorluğu ittiham edib və bu qurumun ləğv olunmasını istədiyini bildirib: "Hərbi Prokurorluğu ləğv edib "Tərtər işi"ni ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31