Xankəndi-Laçin yolunda azərbaycanlı etirazçıların aksiyası böyük ruh yüksəkliyi ilə davam edir - ÖZƏL

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəallların Xankəndi-Laçın yolunda keçirdiyi aksiya ruh yüksəkliyi ilə davam edir və aksiya iştirakçıları tələblər yerinə yetirilənə qədər etirazı davam etdirməkdə qərarlıdırlar. Hazırda aksiyada iştirak edən "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov "OLAYLAR"-a bildirib ki, hər gün aksiya iştirakçılarının sayı durmadan artır və respublikanın bütün bölgələrindən mədəniyyət paytaxtımız Şuşaya gələrək ekoloji terrora yox adlı aksiyaya dəstək verirlər: "Xankəndi-Laçin yolunda azərbaycanlı etirazçıların aksiyası böyük ruh yüksəkliyi ilə davam edir və ən önəmlisi budur ki, bu sivil bir aksiyadır və ərazilərimizdə aparılan qanunusuz hərəkətlərə, sərvətlərimizin talan edilməsinə və ekoloji terrora son qoymağa yönəlib. Azərbaycanın QHT sektoru bütün sahələrdə ictimai nəzarəti həyata keçirib, xüsusən milli məsələlərdə, işğaldan azad olunmuş bölgələrlə bağlı vətəndaş cəmiyyəti böyük həmrəylik nümayiş etdirir və mübarizəni sona qədər davam etdirməyi qarşısına əsas hədəf kimi qoyub".

Vüqar Əhmədov deyib ki, bu gün Azərbaycanda yumşaq güc fəal şəkildə öz xalqı və dövləti ilə birlikdə ölkəmizin milli maraqları naminə səfərbər olunub və mübarizəni sona qədər davam etdirməkdə israrlıdır: "Xalq da bu hərəkatda bütün gücü ilə Azərbaycanlı aktivistlərin yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31