Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi yolverilməzdir - ÖZƏL

"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu bizim vətəndaşlarımızın tələbidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Məhyəddin Nəsimioğlu səsləndirib. O bildirib ki, Rusiya sülhməramlı kontingentinin qarşısında qoyulan tələblərimiz isə qalmaqdadır:

"İçşi qrup üzvlərinə monitoriq üçün şərait yaradılması ilə yanaşı, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Azərbaycan ərazilərində ermənilər və onlarla işbirliyi quranlar tərəfindən yol verilən cinayətlərin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31